(+99455)877-25-07
En Ru
(+99455)877-25-07 info@ltrade.az

Sumqayıt şəh. F.Salmanov küçəsi 5

ƏLLƏRİNİZİ DÜZGÜN YUYUB QURULAYIRSINIZMI?

Əllərinizi yuyun! Çox sadə səslənir, amma əslində elə deyil.

Tualetdən çıxdıqdan sonra, yeməkdən öncə və ya ictimai nəqliyyatdan istifadə etdikdən sonra, əlləri yumağın xəstəliklərin yayılmasının qarşısını aldığından bir çoxumuz xəbərdarıq. Amma, insanların təkcə 5%-i əllərini düzgün yuyur. 3 mindən çox insanın iştirak etdiyi araşdırmaya əsasən, ictimai tualetlərdən istifadə edənlərin 10%-i əllərini yumur və yuyanların da 33%-i sabundan istifadə etmir.Təəssüf ki, bu, önəmlidir. Çünki, əlimizi istər-istəməz üzümüzə aparırıq və mikroblar burnumuz və ya ağzımız vasitəsilə bədənimizə daxil ola bilərlər.

Braziliya və ABŞ-da tədqiqatçılar müəyyənləşdiriblər ki, biz ictimai məkanlarda əlimizi səthlərə bir saatda 3.3 dəfə vururuqsa, ağzımız və burnumuza 3.6 dəfə toxunuruq.

Heç şübhəsiz ki, əlimizi düzgün yumaq məcburiyyətindəyik.

Yuduqdan sonra əlləri qurutmağa ehtiyac varmı?

Tələsəndə əlimizin suyu axa-axa işimizə davam edirik və beləcə əlimiz quruyur.Əgər ayaq yolundan çıxarkən heç nəyə toxunmasanız, bunun bir ziyanı yoxdur.

Yox əgər əl vursanız, o zaman mikroblar əlinizə daha çox yayıla bilər, çünki, mikroblar nəmişlikdə sürətlə yayılırlar. Əli qurutmağın faydalarından biri də, qalan mikrobları da silib ata bilməkdir.

Reaktiv əl quruducuları son dərəcə güclü olması, mikrobların otaqda sürətlə yayılmasına səbəb olur. Westminster Universiteti tərəfindən aparılan bir tədqiqatda, güclü əl fenlərinin virusu otaq boyunca 1.5 metr hərəkət etdirdiyi üzə çıxıb. Daha sonrakı bir tədqiqat isə virusun üç dəfə daha artıq məsafədə yayıldığını aşkar edilib. Bu səbəbdən kağız əl dəsmalları daha effektiv və gigiyenikdir. Hazırlandığı texnologiya və ölmülərindən asıllı olaraq, lağız əl dəsmalları istənilən müəssisədə gigiyena səviyyəsini daima yüksək səviyyədə saxlanılmasını təmin edir. 


 

Digər xəbərlər

Bütün xəbərlər